«Dəmirbank»ın mənfəəti 26% artıb

«Dəmirbank»ın mənfəəti 26% artıb
# 05 fevral 2013 12:29 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «Dəmirbank» ASC-nin 2012-ci ildə əldə etdiyi gəlirlərin həcmi 51,287 mln. manat təşkil edib ki, bu da 2011-ci ilin analoji göstəricisindən 13,5% çoxdur. Bankdan «APA-Economics»ə verilən məlumata görə, hesabat ilində bankın xərcləri 12,7% artaraq 48,123 mln. manata çatıb.

Bankdan bildirilib ki, ötən il nəticəsində «Dəmirbank» 3,164 mln. manat həcmində mənfəət əldə edib ki, bu da illik müqayisədə 25,9% çoxdur.

Qeyd edək ki, ötən il bankın faiz gəlirləri 46,098 mln. manat, qeyri-faiz gəlirləri 5,189 mln. manat, faiz xərcləri 23,598 mln. manat, qeyri-faiz xərcləri isə 24,524 mln. manata bərabər olub. Nəticədə, «Dəmirbank»ın faiz mənfəəti 26,4%, qeyri-faiz zərəri isə 37,9% artıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR