ABŞ Suriya müxalifətinə 130 milyon dollarlıq hərbi ləvazimat verəcək

ABŞ Suriya müxalifətinə 130 milyon dollarlıq hərbi ləvazimat verəcək
# 20 aprel 2013 22:40 (UTC +04:00)

Bakı-APA. ABŞ Suriya müxalifətinə 130 milyon dollarlıq hərbi ləvazimat verməyə planlaşdırır. APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, ABŞ-ın rəsmi nümayəndələri İstanbulda keçirilən “Suriyanın dostları”nın növbəti görüşün proqramını şərh edərkən qeyd edib.

ABŞ-ın rəsmi nümayəndələrinin sözlərinə görə, İstanbuldakı danışıqlarda Suriya müxalifətinə bu tip yardımın miqyası və tərkib hissəsi müzakirə olunur. Belə ki, danışıqların yekunlarından asılı olaraq, Vaşinqton Suriya müxalifətini zirehli jiletlər, zirehli döyüş maşınları, gecə müşahidə cihazları, müasir rabitə vasitələri ilə təchiz etməyə başlaya bilər.

İndiyədək ABŞ Suriya müxalifətinə 117 milyon dollarlıq qeyri hərbi yardım göstərib. ABŞ Suriya müxalifətinə silah-sursat ötürmür, lakin Amerika məlumatlıdır ki, bu cür köməyi Qətər və Səudiyyə Ərəbistan daxil olmaqla bir neçə dövlət edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR