Bakıda baş verən yol qəzasında 5 nəfər xəsarət alıb

Bakıda baş verən yol qəzasında 5 nəfər xəsarət alıb
# 15 iyul 2015 12:04 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Bakıda yol qəzası qeydə alınıb.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, iyulun 14-də saat 13 radələrində Sabunçu rayonunda Bakı şəhər sakini Elmar Əsədov idarə etdiyi “Lada Priora” markalı avtomobili yolun kənarında dayanan, Əhməd Qurbanova məxsus “Daf” markalı avtomobilə vurub.

Nəticədə E.Əsədov və 4 sərnişini xəstəxanaya yerləşdirilib.

Sabunçu Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR