Azərbaycan ərazisində hava şəraitində mühüm dəyişiklik gözlənilmir

Azərbaycan ərazisində hava şəraitində mühüm dəyişiklik gözlənilmir
# 29 oktyabr 2014 10:07 (UTC +04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev APA-ya açıqlamasında bildirib ki, Bakı və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. Havanın temperaturu sabah 13-16 dərəcə, oktyabrın 31-də isə 14-17 dərəcə isti olacaq.

Bölgələrdə də bu cür hava şəraiti yaxın 2 gün ərzində davam edəcək.

Oktyabrın 30-da Bakı və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, gecə və səhər bəzi yerlərdə yağış yağacağı, gündüz dəyişkən buludlu olacağı gözlənilir. Cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 9-12, gündüz 13-16 dərəcə isti olacaq.

Sabah Azərbaycanın rayonlarında gecə və səhər ayrı-ayrı yerlərdə duman olacağı, bəzi şərq rayonlarında yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 5-10, gündüz 12-17, dağlarda gecə 0-5 dərəcə isti, gündüz 5-10 dərəcə isti olacağı gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR