Dow Jones indeksi 0,3%, S&P 500 0,6%, Nasdaq 0,6% yüksəlib

Dow Jones indeksi 0,3%, S&P 500 0,6%, Nasdaq 0,6% yüksəlib
# 09 aprel 2013 06:25 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Aprelin 8-də Amerika fond bazarında Dow Jones indeksi 0,3% - 14 614 bəndədək, S&P 500 0,6% - 1 563 bəndədək, Nasdaq 0,6% - 3 222 bəndədək yüksəlib. «APA-Economics»in məlumatına görə, ABŞ fond bazarında kotirovkaların dinamikasına korporativ xəbərlər təsir edib.

Avropa fond bazarlarında aprelin 8-də FTSE 100 indeksi 0,4% - 6 277 bəndədək, Almaniya DAX-ı 0,1% - 7 663 bəndədək, Fransa CAC-40-ı 0,1% - 3 667 bəndədək yüksəlib.

COMEX-də qızılın bir unsiyasının qiyməti 0,3% artaraq 1 574,4 dollara bərabər olub.


Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3045 (+0,4%) dollar təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR