Nobel prospektində yol qəzası baş verib - FOTO - VİDEO

Nobel prospektində yol qəzası baş verib - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 23 sentyabr 2014 03:38 (UTC +04:00)

APA-nın məlumatına görə, hadisə Nobel prospektində qeydə alınıb.

Qəza nəticəsində Emil Vəlizadənin idarə etdiyi "Audi" markalı avtomaşınla, Turan Məmmədlinin idarə etdiyi "Volvo" toqquşub. Hadisə nəticəsində sürücülər xəsarət almasa da avtomobillə ciddi ziyan dəyib. Hadisə yerinə Dövlət Yol Polisinin Xətai Rayon Şöbəsinin əməkdaşları gəliblər.

Aparılan ilkin araşdırma nəticəsində məlum olub ki, qəzaya "Audi"nin sürücüsü səbəb olub. Belə ki, o beton arakəsməni keçərək qarşı yola çıxıb. Yol polisindən verilən məlumata görə, hər iki sürücü tibbi müayinədən keçirilmək üçün şöbəyə dəvət olunub. Qəzaya səbəb olan "Audi" markalı avtomobil isə cərimə meydançasına aparılıb.

Faktla bağlı Dövlət Yol Polisinin Xətai Rayon Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR