Bakıda "PayPoint" aparatını oğurlayan şəxs tutulub

Bakıda "PayPoint" aparatını oğurlayan şəxs tutulub
# 27 aprel 2015 10:25 (UTC +04:00)

Bakı. Fuad Cəfərov – APA. Bakıda mağazalardan oğurluq edən şəxs saxlanılıb.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Qaradağ Rayon Polis İdarəsinin 38-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 12-də Məmməd Əmirxanova və aprelin 23-də Fuad Mehdiyevə məxsus mağazalardan, habelə “Azərpoçt” MMC-nin 71 saylı poçt filialından pul və “PayPoint” aparatı oğurlamış Bakı şəhər sakini Telman Mustafayev tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR