“Azərkosmos” nizamnamə kapitalını kəskin artırır

“Azərkosmos” nizamnamə kapitalını kəskin artırır
# 08 may 2015 15:07 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Mayın 12-dən Bakı Fond Birjasında “Azərkosmos” ASC-nin adi adlı sənədli səhmlərinin yerləşdirilməsinə başlanacaq.

Birjadan “APA-Economics”ə verilən məlumata görə, emissiyanın həcmi 23 mln. 610,600 min manat, qiymətli kağızların sayı 1 mln. 180,530 min ədəd, bir səhmin nominal dəyəri 20 manat təşkil edib.

Yerləşdirmədə anderrayter kimi “PSG-broker” MMC çıxış edəcək.

Hazırda bankın nizamnamə kapitalı 63 mln. 610,600 min manatdır.

Yerləşdirmə nəticəsində bankın nizamnamə kapitalı 37,12% artaraq 87 mln. 221,2 min manata çatacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR