Gəncədə avtomobilin vurub öldürdüyü qadının kimliyi məlum olub - YENİLƏNİB

Gəncədə avtomobilin vurub öldürdüyü qadının kimliyi məlum olub - <span style="color: red;">YENİLƏNİB
# 03 dekabr 2014 10:30 (UTC +04:00)

Gəncə. Azər Məmmədli - APA. Bu gün səhər saatlarında Gəncədə baş verən yol-nəqliyyat qəzasında ölən qadının kimliyi məlum olub.

Gəncə şəhər Baş Polis İdarəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, hadisə bu gün səhər saatlarında şəhərin Tağı Aranı küçəsində qeydə alınıb. Şəhər sakini, 1991-ci il təvəllüdlü Kamil Şirinov yolu keçmək istəyən piyada, Samux rayon Qarayeri qəsəbə sakini, 1958-ci il təvəllüdlü İsmayılova Dünyaxanım Məmməd qızını vurub. Qadın xəstəxanaya aparılarkən yolda ölüb.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

***

saat 09.34

Gəncə. Azər Məmmədli – APA. Gəncədə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Gəncə şəhər Kəpəz rayon Polis İdarəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, hadisə bu gün səhər saatlarında şəhərin Tağı Aranı küçəsində baş verib.

Göy rəngdə olan “VAZ 2106” markalı avtomobil hərəkətdə olarkən yolu keçmək istəyən qadını vurub. Kimliyi məlum olmayan qadın Gəncə şəhər Təcili Tibi Yardım Xəstəxanasına aparılarkən yolda dünyasını dəyişib.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR