Azərbaycanın rabitə sektoru 16% artıb

Azərbaycanın rabitə sektoru 16% artıb
# 25 mart 2013 10:14 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-fevral aylarında Azərbaycanın informasiya və rabitə sektorunda təsərrüfat subyektlərinə və əhaliyə 235,9 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən müqayisəli qiymətlərlə 16% çox xidmət göstərilib.


Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, əhaliyə göstərilmiş informasiya və rabitə xidmətlərinin payı 72,2% təşkil edib.

Xidmətlərdən əldə olunmuş gəlirlərin 57,2%-i mobil telefon rabitəsindən gəlib və 2012-ci ilin eyni dövrü ilə müqayisədə bu xidmətlərin həcmi 12,5% artaraq 135 milyon manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR