Azərbaycanda keçirilən bələdiyyə seçkilərində seçici fəallığı saat 15:00-a 32.44 faiz təşkil edib - VİDEO

Azərbaycanda keçirilən bələdiyyə seçkilərində seçici fəallığı saat 15:00-a 32.44 faiz təşkil edib - <span style="color: red;">VİDEO
# 23 dekabr 2014 12:47 (UTC +04:00)

APA- nın məlumatına görə, bu barədə Mərkəzi Seçki Komissiyasının İnformasiya Mərkəzinin müdiri Rüfət Gülməmmədov bildirib.


Saat 15:00-a qədər 4 milyon 819 min 382 seçicidən 1 milyon 563 min 357 nəfər səs verib. Ən yüksək seçici fəallığı 52 saylı Quba-Qusar, 51 saylı Qusar və 52 saylı Quba seçki dairələrində, ən zəif seçici fəallığı isə Gəncə şəhərindəki 4 seçki dairəsində və 21 saylı Nəsimi birinci seçki dairəsində qeydə alınıb.


Bu müddət ərzində MSK-ya 80-dan çox müraciət daxil olub ki, bunlar da müxtəlif informasiyanın alınması ilə bağlıdır. Bunlar arasında şikayət xarakterli məlumatlar yoxdur.


Xatırladaq ki, MSK gün ərzində daha 2 dəfə -17:00 və 19:00-da seçki fəallığı ilə bağlı məlumat açıqlayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR