İrandan Azərbaycana heroin keçirmək istəyən qadın saxlanılıb

İrandan Azərbaycana heroin keçirmək istəyən qadın saxlanılıb
# 23 sentyabr 2015 07:46 (UTC +04:00)

Bakı - APA-Economics. Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda İrandan Azərbaycana piyada gələn Azərbaycan vətəndaşı Kəmalə Məmmədovanın üzərində şəxsi yoxlama zamanı ondan 3 ədəd bükümdə, ümumi xalis çəkisi 17,99 qram olan narkotik vasitə - heroin aşkar olunub.

Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat Xidmətindən "APA-Economics"ə verilən məlumata görə, ilkin araşdırma zamanı K. Məmmədova izahatında bildirib ki, aşkar edilən narkotik maddə onunla eyni tarixdə İrandan Azərbaycana piyada gələn qaynı Elman Vəliyevə məxsusdur. Öz növbəsində, E. Vəliyev aşkar edilən heroinin həqiqətən də ona məxsus olduğunu, onu İrandan əldə etdiyini və qardaşının həyat yoldaşı K. Məmmədovaya onu daxili orqanında gizlədərək gömrük sərhədini keçməsini məsləhət gördüyünü etiraf edib.

Faktla bağlı təhqiqat aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR