Azərbaycanın xarici işlər naziri NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsini qəbul edib

Azərbaycanın xarici işlər naziri NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsini qəbul edib
# 08 iyul 2014 16:58 (UTC +04:00)

Bakı - APA. Bu gün Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Apparturayı qəbul edib.

XİN mətbuat xidmətindən APA-ya verilən məlumata görə, E.Məmmədyarov Azərbaycanın NATO ilə əməkdaşlığa xüsusi əhəmiyyət verdiyi qeyd edərək, ölkəmizin Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı və Planlaşdırma və Analiz Prosesi kimi NATO-nun tərəfdaşlıq mexanizmlərində fəal şəkildə iştirak etdiyini bildirib.

Nazir əlavə edib ki, NATO ilə əməkdaşlıq Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin islahatı prosesinə və orduda müasir standartların tətbiqinə öz töhfəsini verib.

C.Apparturay fəal tərəfdaş dövlət kimi Azərbaycanın NATO-nun Əfqanıstanda keçirilən əməliyyatına və beynəlxalq təhlükəsizliyə töhfəsinin Alyans tərəfindən yüksək qiymətləndirildiyini diqqətə çatdırıb.

Görüşdə Azərbaycanla NATO arasında tərəfdaşlığın gələcək inkişaf perspektivləri və NATO-nun qarşıdan gələn Uels zirvə toplantısının gündəliyində duran aktual məsələlər üzrə fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR