Co Bayden: "Korrupsiya ilə bağlı vəziyyət dəyişməsə, Ukrayna ABŞ-ın dəstəyindən məhrum ola bilər"

Co Bayden: "Korrupsiya ilə bağlı vəziyyət dəyişməsə, Ukrayna ABŞ-ın dəstəyindən məhrum ola bilər"
# 19 sentyabr 2015 10:21 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Ukraynada korrupsiya ilə bağlı vəziyyət dəyişməsə, rəsmi Vaşinqton bu ölkəyə dəstəyini dayandıra bilər.

APA-nın Ukraynanın “Novoe vremya" nəşrinə istinadən verdiyi məlumata görə, Ukrayna prezidenti Pyotr Poroşenko və baş nazir Arsen Yasenyuka bu xəbərdarlığı ABŞ-ın vitse-prezidenti Co Bayden edib.

Bu barədə açıqlama verən vitse-prezidentin müşaviri Maykl Karpenter hansı növ hədədən söz getdiyini açıqlamayaraq, xəbərdarlığın çox sərt olduğunu vurğulayıb.

Bundan başqa, vitse-prezident bəyan edib ki, Rusiyaya qarşı sanksiyalar asanlıqla gücləndirilə bilər, çünki sanksiyalar 10 ballıq şkala üzrə hələlik 3-cü səviyyədədir.

Qeyd edək ki, bu il iyunun 19-da amerikalı senatorlar ABŞ-ın Ukraynaya hərbi yardımını əks etdirən qanunu təsdiq ediblər. Sənəddə rəsmi Kiyevə ABŞ tərəfindən atıcı silahlar və qumbaraatanların veriləcəyi əksini tapıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR