DGK sədri Gədəbəydə vətəndaşları qəbul edib

DGK sədri Gədəbəydə vətəndaşları qəbul edib
# 23 iyun 2016 10:31 (UTC +04:00)

Bakı. Azər Məmmədli - APA. Bu gün Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev Gədəbəy şəhərində rayon mədəniyyət və turizm şöbəsinin inzibati binasında vətəndaşları qəbul edib.

APA-nın Qərb bürosunun verdiyi məlumata görə, qəbulda bölgədə yerləşən - Gədəbəy, Tovuz, Ağstafa və Qazax rayonlarının sakinlərinin müraciətləri dinlənilib.

Vətəndaşların müraciətləri əsasən gömrük orqanlarında işə qəbul və digər gömrük məsələləri ilə bağlı olub.

Qəbul zamanı DGK sədri hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib və qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlarını verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR