Dillər Universitetinin müəllimləri Bilik Fondu ilə əməkdaşlıq edəcəklər

Dillər Universitetinin müəllimləri Bilik Fondu ilə əməkdaşlıq edəcəklər
# 31 mart 2015 10:02 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. Prezident Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədovun rəhbərlik etdiyi Azərbaycan Dillər Universitetinin Fransız dili leksikologiyası kafedrasının əməkdaşları Bilik Fondunun universitet üzrə nümayəndəsi Pərvin Babayeva ilə görüşüblər.

Fonddan APA-ya verilən məlumata görə, kafedranın dosenti, fəlsəfə elmləri doktoru Vəfa Quliyeva professor-müəllim heyətinin Bilik Fondunun işində daha da yaxından iştirak etmək niyyətini çatdırıb, fondun həyata keçirdiyi layihələrə qatılmağı arzuladıqlarını bildirib.

P.Babayeva Bilik Fondunun son layihələri barədə ətraflı məlumat verib, əhalinin maarifləndirilməsində universitet müəllimlərinin xüsusi rolu olduğunu vurğulayıb. Fransız dili leksikologiyası kafedrasının professoru Çəmən Babaxanova bütün müəllimlərin ölkə üzrə maarifləndirmə işinə həvəslə qoşulacağını, rayonlarda müxtəlif mövzularda mühazirələrə cəlb olunmaq istədiklərini dilə gətirib.

Qeyd edək ki, Bilik Fondu bütün rayonlarda sosial sifarişlər əsasında mühazirələr təşkil edir. Artıq Fondun mütəxəssisləri müxtəlif sahələrə dair 200-dək mühazirə deyiblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR