Abşeron rayonundakı iri marketlərdən birində süni qiymət artımının qarşısı alınıb

Abşeron rayonundakı iri marketlərdən birində süni qiymət artımının qarşısı alınıb
# 04 mart 2015 09:45 (UTC +04:00)

Qurumun İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, nazirlik yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Abşeron rayonu, Bakı-Sumqayıt şosesi, Abşeron Gənclər Şəhərciyi ünvanında Əhəd Əhədova məxsus "Seval" marketdə aparılan yoxlama zamanı malların yarlığındakı qiymətlərlə nəzarət kassa aparatının fiskal yaddaşında olan qiymətləri arasında fərq yaratmaqla, əsassız qiymət artımına yol verildiyi, bununla da istehlakçıların qiymətdə aldadıldığı aşkar edilib.

Qanun pozuntusuna yol vermiş şəxslər barədə müvafiq tədbirlər görülüb. İstehlak bazarına nəzarət tədbirləri davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR