Roberto Montella ATƏT PA-nın baş katibi seçilib

Roberto Montella ATƏT PA-nın baş katibi seçilib
# 06 iyul 2015 07:37 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. İtaliyadan olan parlamentar Roberto Montella ATƏT Parlament Assambleyasının baş katibi seçilib.

APA-nın məlumata görə, seçki iyulun 5-də ATƏT PA-nın növbəti sessiyası çərçivəsində keçirilən Daimi Komitənin iclasında gerçəkləşib.

R. Montella bu vəzifənin icrasına 2016-cı ilin 1 yanvar tarixindən başlayacaq. Baş katibin mandatına ATƏT PA-nın işlərini idarə etmək, Büro, Daimi Komitə və Assambleyanın qərarlarını həyata keçirmək və katibliyin Kopenhagen və Vyanadakı ofislərinə nəzarət etmək daxildir.

Hazırda ATƏT PA-da bu vəzifəni Oliver Spenser icra edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR