Gədəbəydə Dövlət Yanğından Mühafizə Hissəsinin yeni inzibati binasının açılışı olub

Gədəbəydə Dövlət Yanğından Mühafizə Hissəsinin yeni inzibati binasının açılışı olub
# 26 sentyabr 2014 08:47 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidməti Gədəbəy rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yeni inzibati binasının açılışı olub.

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov müasir avadanlıqlarla təchiz olunmuş binanın açılışını edib, burada təşkil olunmuş Heydər Əliyevin fotoşəkilləri olan stend, dispetçer, tədris və istirahət otaqları, yeməkxana ilə tanış olub.

Məlumat verilib ki, hissə ən müasir yanğınsöndürmə texnika və avadanlıqları ilə təchiz olunub, burada şəxsi heyətin normal iş fəaliyyəti üçün hər cür şərait yaradılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR