Mingəçevir şəhər Polis Şöbəsində intihar hadisəsi qeydə alınıb

Mingəçevir şəhər Polis Şöbəsində intihar hadisəsi qeydə alınıb
# 20 avqust 2015 22:36 (UTC +04:00)

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə avqustun 20-də axşam saatlarında qeydə alınıb.

Şəhər sakini, 1988-ci il təvəllüdlü Hacıyev Bəhruz Dilsuz oğlu dindirilmək üçün Mingəçevir Şəhər Polis Şöbəsinə çağırılıb. Bəhruz Hacıyev polis şöbəsinin binasının 3-cü mərtəbəsindən özünü aşağı ataraq intihar etdiyi bildirilir. Onun nə üçün polis şöbəsinə çağırıldığı və hansı səbəbdən özünə qəsd etməsi hələ ki, məlum deyil.

Faktla bağlı Mingəçevir şəhər Prokurorluğu tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR