Taekvondoçularımız Moldovada 9 medal qazanıb

Taekvondoçularımız Moldovada 9 medal qazanıb
# 20 aprel 2015 07:38 (UTC +04:00)

Bakı – APA. Kişinyovda taekvondoçular arasında keçirilən “Moldova Open” turniri başa çatıb. Apasport.az saytının məlumatına görə, G1 kateqoriyalı yarışa 23 idmançı ilə qatılan Azərbaycan millisi turnirdə 9 medal qazanıb.

Taekvondoçularımızdan İlkin Şahbazov (74 kq), Fəridə Əzizova (67 kq) və Radik İsayev (87 kq) heç bir rəqibinə şans verməyərək, “Moldova Open”in baş mükafatına sahib olublar. Nurgül Çeliklə (49 kq) Sina Bahrami (63 kq) gümüş medalla kifayətləniblər.

Patimat Abakarova (49 kq), Darya Şkurko (62 kq), Parisa Kafael Mohammad Nejada (+73 kq) və Əhməd Mohammadi (+87 kq) isə 3-cü yeri tutub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR