Ötən il Naxçıvan Muxtar Respublikasında qeyri-həyat sığortası üzrə toplanan sığorta haqlarının həcmi artıb

Ötən il Naxçıvan Muxtar Respublikasında qeyri-həyat sığortası üzrə toplanan sığorta haqlarının həcmi artıb
# 31 mart 2015 15:00 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. 2014-cü ildə Naxçıvan Muxtar Respublikasında 2013-cü illə müqayisədə qeyri-həyat (ümumi) sığortası üzrə sığorta tədiyyələrinin toplanması həcmi 9,3% artıb.

APA-Economics”in verdiyi xəbərə görə, bu barədə Dövlət Baş Sığorta Agentliyinin baş direktoru Hikmət Əsgərov məlumat verib.

Onun sözlərinə görə, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə bağlanılmış sığorta müqavilələrinin sayı 1 568 ədəd, daşınmaz əmlakın icbari sığortası üzrə bağlanılmış sığorta müqavilələrinin sayı 1 957 ədəd, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə bağlanılmış sığorta müqavilələrinin sayı 158 ədəd, fiziki şəxslərə məxsus əmlakın sığortası 246 ədəd artıb.

Ötən il sahibkarlara məxsus əmlakın yanğın və digər əlavə risklərdən sığortası üzrə 244 müqavilə bağlanıb, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə-əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Qanuna uyğun olaraq, 708,5 min manat sığorta haqqı toplanıb ki, bu da, ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,8% çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR