Bakıda qadına qarşı soyğunçuluq edən şəxsə hökm oxunub

Bakıda qadına qarşı soyğunçuluq edən şəxsə hökm oxunub
# 25 iyul 2016 14:42 (UTC +04:00)

Bakı. Etibar Məmmədov – APA. Bakı Ağır Cinayətlər Məhkəməsində soyğunçuluqda təqsirləndirilən İlkin Məmmədovun məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, hakim Mail Bayramovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən İ. Məmmədov 5 il müddətində azadlıqdan məhrum edilib.

Qeyd edək ki, İ. Məmmədov Masazır qəsəbə sakini Səriyyə Ağalarovaya qarşı soyğunçuluq edərək, onun əlindəki çantanı oğurlayıb. Ona Cinayət Məcəlləsinin soyğunçuluq (180) maddəsi ilə cinayət işi açılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR