Azərbaycandan ixracın yalnız 5%-i özəl sektorun payına düşür

Azərbaycandan ixracın yalnız 5%-i özəl sektorun payına düşür
# 28 mart 2013 12:49 (UTC +04:00)

Dövlət Gömrük Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, yanvar-fevral aylarında ölkədən 4 183 838,64 min ABŞ dolları həcmində ixrac olunan malların 3 989 571,36 min dolları və ya 95,36%-i dövlət sektoru, 182 601,48 min dolları və ya 4,36%-i özəl sektorun, 11 665,8 min dolları və ya 0,28%-i isə fiziki şəxslərin payına düşür.

Ötən ilin eyni dövrü ilə müqayisədə ixracın həcmi dövlət sektoru üzrə 3,25%, hüquqi şəxslər üzrə 5,34%, fiziki şəxslər üzrə isə 2% artıb.

Ölkəyə idxalda əsas yeri isə özəl sektor tutur. Yanvar-fevral aylarında Azərbaycana 1 433 131,49 min dollarlıq idxalın 891 426,2 min dolları və ya 62,2%-i özəl sektor, 448 738,47 min dolları və ya 31,31%-i dövlət sektoru, 92 966,82 min dolları və ya 6,49%-i isə fiziki şəxslərin payına düşüb.

Ötən ilin eyni dövrü ilə müqayisədə idxalın həcmi dövlət sektoru üzrə 44,89%, fiziki şəxslər üzrə 50,82% artıb, hüquqi şəxslər üzrə isə 7,35% azalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR