Rezidenturanın boş qalan plan yerlərinə elan olunmuş müsabiqənin nəticələri açıqlanıb

Rezidenturanın boş qalan plan yerlərinə elan olunmuş müsabiqənin nəticələri açıqlanıb
# 21 avqust 2014 15:57 (UTC +04:00)

TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, namizədlər nəticələrini TQDK-nın internet saytından və ya iş nömrəsini mobil telefonla 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.


Müsabiqədə iştirak etmək üçün 132 namizəd ərizə təqdim edib. Qəbul olan şəxslər tələb olunan sənədləri (iş nömrəsi, şəxsiyyət vəsiqəsi və onun surəti, ali tibb təhsili haqqında sənəd (diplom) və onun surəti) avqust ayının 25-də və 26-da Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.

Naxçıvan Dövlət Universitetinin (NDU) rezidenturasına qəbul olanlar isə NDU-nun tibb fakültəsində qeydiyyatdan keçməlidirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR