ETSN Qaxda baş verən yanğınla bağlı məlumat yayıb

ETSN Qaxda baş verən yanğınla bağlı məlumat yayıb
# 30 iyul 2014 07:43 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Qax rayonunda baş verən yanğınla bağlı rəsmi məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iyulun 30-da gecə saatlarında Qax rayonu, Alatəmir kəndində meşə torpaqları ilə sərhəddə yerləşən kənd bələdiyyəsinə məxsus ərazidə yanğın hadisəsi baş verib.

Dərhal əraziyə cəlb olunmuş Qax Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin və Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin əməkdaşlarının birgə səyləri nəticəsində yanğının qarşısı tam alınaraq meşə torpaqlarına keçməsinə imkan verilməyib.

Hadisə nəticəsində biçilmiş taxıl sahələri və kol örtüyünə ziyan dəyib.

Qeyd edək ki, ötən gecə Fövqəladə Hallar Nazirliyi də Qaxda baş verən yanğınla bağlı məlumat yayıb. Məlumatda bildirilib ki, yanğın saat 22:02-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR