Narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə məsuliyyətə cəlb edilən Azərbaycan vətəndaşlarının və əcnəbilərin sayı açıqlanıb

Narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə məsuliyyətə cəlb edilən Azərbaycan vətəndaşlarının və əcnəbilərin sayı açıqlanıb
# 16 aprel 2015 10:13 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Bu ilin I rübü ərzində Azərbaycanda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə cəlb edilən şəxslərin sayı açıqlanıb.

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupundan APA-ya verilən məlumata görə, bu ilin I rübündə 500 nəfər cinayət məsuliyyətinə cəlb edilib.

Cinayət məsuliyyətinə cəlb edilənlərdən onlardan 2-i 18 yaşadək, 122-i 30 yaşadək, 352-i 30 yaşdan yuxarı, 6-ı fəhlə, 1-i qulluqçu, 1-i nəqliyyat işçisi, 427-si işsiz, 2-i qadın, 498-i kişi, 21 nəfəri isə xarici ölkə vətəndaşı olub. Əcnəbilərdən 10-u Gürcüstan, 6-ı İran İslam, 3-ü Türkiyə və 2-i Ukrayna Respublikasının vətəndaşıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR