"Xəzər dəhlizi" konfransı çərçivəsində "Compact GTL" və Qazaxıstan arasında memorandum imzalanıb

"Xəzər dəhlizi" konfransı çərçivəsində "Compact GTL" və Qazaxıstan arasında memorandum imzalanıb
# 13 mart 2015 12:08 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Londonda Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) qərargahında keçirilən üçüncü "Xəzər dəhlizi" konfransı çərçivəsində Böyük Britaniyanın "Compact GTL" və Qazaxıstan Respublikası arasında anlaşma memorandumu imzalanıb.

"Azərbaycan Beynəlxalq Bankı"ndan "APA-Economics"ə verilən məlumata görə, saziş Qazaxıstanda səmt qazının sutkada 2 mindən 3000 barelə qədər dizel yanacağına konvertasiyasını həyata keçirən GTL (Gas-to liquids) zavodunun inşasını nəzərdə tutur. "Compact GTL" şirkəti qazın mayeyə çevrilməsi texnologiyası üzrə ixtisaslaşan bir şirkətdir.

Üçüncü “Xəzər dəhlizi” konfransı dünən Londonda, AYİB-in qərargahında Azərbaycan Beynəlxalq Bankının (ABB), Britaniyanın “Asia House” və “TheCityUK” təşkilatlarının və Britaniya-Azərbaycan İşgüzar Şurasının (BABC) dəstəyi ilə baş tutub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR