Ədəbiyyat İnstitutunda görkəmli alim Vəli Osmanlının xatirəsi anılıb

Ədəbiyyat İnstitutunda görkəmli alim Vəli Osmanlının xatirəsi anılıb
# 04 iyun 2015 07:54 (UTC +04:00)

Bakı-APA Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Ədəbiyyat İnstitutunun Elektron akt zalında filologiya elmləri doktoru, tanınmış ədəbiyyatşünas alim Vəli Osmanlının 80 illik yubileyinə həsr olunan anma mərasimi keçirilib.

İnstitutdan APA-ya verilən xəbərə görə, tədbirdə AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli V.Osmanlının Azərbaycan ədəbiyyatşünaslıq elmindəki mövqeyi, elmi yaradıcılığı barədə məruzə ilə çıxış edib.
Daha sonra professor Tahirə Məmmədinin V.Osmanlının Azərbaycan romantizminin tədqiqatçısı, nəzəriyyəçi alim kimi ədəbiyyatşünaslığımızda tutduğu mövqeyi barədə məruzəsi dinlənilib.


Tədbirdə professorlar Məhərrəm Qasımlı, Himalay Qasımov, Aqşin Babayev və başqaları V.Osmanlının elmi fəaliyyətindən, yüksək insani keyfiyyətlərindən söz açıb, alimlə bağlı xatirələrini bölüşüblər.

Mərhum alimin həyat yoldaşı, filologiya elmləri doktoru Sara Osmanlı tədbirin təşkilatçıları və iştirakçılarına minnətdarlığını bildirib.

Tədbirdə Ədəbiyyat İnstitutunun əməkdaşları, respublikanın tanınmış ədəbiyyatşünas alimləri, V.Osmanlının dostları və ailə üzvləri iştirak ediblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR