Rusiyada kömür mədəni partlayıb, 18 nəfər ölüb

Rusiyada kömür mədəni partlayıb, 18 nəfər ölüb
# 11 fevral 2013 12:44 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Rusiyanın Komi Respublikasındakı “Vorkutin” kömür mədənində baş verən partlayış zamanı 18 nəfər ölüb. APA-nın məlumatına görə, Rusiya Daxili İşlər Nazirliyinin yaydığı məlumatda deyilir ki, 3 nəfər dağıntıların altından xilas edilib, 2 nəfərin taleyi isə məlum deyil. Partlayış zamanı mədəndə 259 işçi olub. Mədəndə metan qazının partladığı bildirilir.

Faktla bağlı mədən işləri zamanı təhlükəsizlik qaydalarının pozulması maddəsi ilə cinayət işi açılıb. Qanuna əsasən bu maddə ilə yeddi ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR