Dövlət Kukla Teatrının baş rejissoru Rəhman Əlizadə bu gün torpağa tapşırılıb

Dövlət Kukla Teatrının baş rejissoru Rəhman Əlizadə bu gün torpağa tapşırılıb
# 17 mart 2013 14:03 (UTC +04:00)

Bakı. Aygül Rzayeva – APA. Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının dünən dünyasını dəyişmiş baş rejissoru, əməkdar incəsənət xadimi Rəhman Əlizadə bu gün torpağa tapşırılıb.

APA-nın məlumatına görə, R. Əlizadənin dəfnində mərhumun yaxınları, çalışdığı kollektiv, bir çox sənət adamı iştirak edib.

O, Mərdəkan qəbirstanlığında torpağa tapşırılıb.

Qeyd edək ki, həkimlər iki gün öncə ürək-damar çatışmazlığı problemi ilə xəstəxanaya yerləşdirilən R.Əlizadənin ağ ciyərlərinin tamamilə sıradan çıxdığını bildirmişdilər. O, dünən axşam saatlarında dünyasını dəyişib.

R.Əlizadənin 66 yaşı vardı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR