Milli Məclisə 21 qadın seçilib

Milli Məclisə 21 qadın seçilib
# 02 noyabr 2015 10:21 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. “2010-cu ildə 20 nəfər, bu dəfə isə 21 nəfər qadın namizəd seçilib”.

APA-nın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib. O bildirib ki, seçki yarışının lideri olan namizədlərdən 69-u Yeni Azərbaycan Partiyasının, 2-si Vətəndaş Həmrəyliyi Partiyasının nümayəndəsidir. Ümumilikdə digər 8 partiyadan da 1 nəfər olmaqla, 10 partiyanın nümayəndələri lider namizədlər arasındadır. Lider namizədlərin qalanları fərdi qayada irəli sürülmüş şəxslərdir.

MSK sədri qeyd edib ki, liderlik edənlərdən 27 nəfər yeni şəxslərdir və bu, parlamentin 22 faiz yenilənməsi deməkdir. Öndə gedən namizədlərdən 124-ü ali təhsilli, 1-i orta təhsilli namizədlərdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR