“Schlumberger” neft şirkəti İranla əməkdaşlığa görə cərimə olunub

“Schlumberger” neft şirkəti İranla əməkdaşlığa görə cərimə olunub
# 26 mart 2015 00:25 (UTC +04:00)

Bakı-APA. “Schlumberger” neft şirkəti İran və Sudanla əməkdaşlıq etdiyinə görə 232,7 milyon dollar həcmində cərimə ödəyəcək.

APA-nın “Gazeta.ru”-ya istinadən məlumatına görə, Britaniya Virgin adalarında qeydiyyatdan keçmiş “Schlumberger” rəsmi olaraq adıçəkilən ölkələrdə fəaliyyət göstərə bilsə də, şirkətin Texas ştatındakı bölməsi bu hüquqa malik deyil.

Qeyd olunur ki, “Schlumberger”-in Texas bölməsi 2004-2010-cü illərdə İran və Sudanla əməkdaşlıq edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR