Ramin Musayev: “Mən günahkar deyiləm”

Ramin Musayev: “Mən günahkar deyiləm”
# 11 mart 2013 13:38 (UTC +04:00)

Bakı – APA. “Ayın futbolçusu və ən yaxşı qolun müəllifi səsvermə yolu ilə müəyyənləşib”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev deyib.


Bu gün AFFA-nın inzibati binasında fevralın ən yaxşı futbolçusu, ən yaxşı qolunun müəllifi və milli çempionatlar tarixində vurulan 10000-ci qolun müəllifinin mükafatlandırılması mərasimi keçirilib.

Tədbiri giriş sözü ilə açan Musayev yerli oyunçuların iki nominasiyada fərqlənməsindən razı qaldığını bildirib: “Sevindirici cəhət odur ki, 10000-ci qolun müəllifi, eləcə də fevral ayında vurulan ən yaxşı qolun müəllifi yerli futbolçulardır. “Neftçi”nin hücumçusunu da təbrik edirəm. Doğurdan da Nikolas Kanales ayın futbolçusu seçilməyə layiq idi. Son vaxtlar mənə sual verirlər ki, bombardirlər siyahısında niyə yerli oyunçu yoxdur? Amma buna görə mən günahkar deyiləm”.

PFL prezidenti I diviziondan Premyer Liqaya hansısa komandanın gəlib-gəlməyəcəyinə də aydınlıq gətirib. O, bir komandanın Premyer Liqada oynamaq istədiyini dəqiqləşdirdiyini bildirib: “Aşağı divizionda çıxış edən klublarla maraqlanmışam. Onlardan birinin gəlmək istədiyi dəqiqləşib. Adını açıqlamayacağam, həmin komanda hazırda çempion olmaq uğrunda mübarizə aparır. Lisenziya da alıblar”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR