Mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək UEFA Avropa Liqasının final oyununa ümumi oturacaqlar üçün bilet satışının qeydiyyatına start verilib. ONA-nın məlumatına görə, həlledici qarşılaşma üçün nəzərdə tutulan 64 min biletdən 37 min 500-ü ümumi satışa buraxılacaq.
Yerdə qalan biletlər isə yerli Təşkilat Komitəsi, milli assosiasiyalar, maliyyə tərəfdaşları, kütləvi informasiya vasitələri (yayımçılar), eləcə də finalçı klubların azarkeşləri üçün ayrılacaq.
Final oyununa bilet satışı isə 4 mərhələdə həyata keçiriləcək. Martın 7-dən 21-dək davam edəcək birinci mərhələdə hər kəs şəxsi hesabına daxil olaraq bilet sifarişi üçün xüsusi formanı doldurmalı, biletin kateqoriyasını və sayını seçməlidir. Hər kəs özü də daxil olmaqla, yalnız 4 bilet ala bilər.
Biletlər bir neçə kateqoriyada təqdim olunur. Birinci kateqoriya 140 avro, ikinci kateqoriya 90 avro, üçüncü kateqoriya 50 avro, dördüncü kateqoriya isə 30 avro dəyərində olacaq. Bundan əlavə, fiziki qüsurlu insanlar üçün nəzərdə tutulan biletlər dördüncü kateqoriyaya aid ediləcək və 30 avro dəyərində olacaq. Oyuna qədər onları müşayiət edən bir nəfər üçün bilet isə pulsuz veriləcək. Bundan əlavə, gənclər üçün nəzərdə tutulan 400 paket (800 bilet) isə 60 avro dəyərində olacaq. Paketə biri böyük və digəri 14 yaşdan kiçik olmaqla, iki nəfər üçün 2 biletin satışı daxildir. Biletlər dördüncü kateqoriya üzrə güzəştli qiymətlə satışa buraxılacaq.
Martın 28-dən aprelin 5-dək davam edəcək ikinci mərhələdə ödəniş etməklə lotereyada adınıza çıxan bileti əldə edə bilərsiniz. Göstərilən tarixlərdə ödəniş edilmədikdə, yerdə qalan biletlər yenidən satışa buraxılacaq.
Mayın 21-də başlayacaq üçüncü mərhələdə alınan bilet mobil telefona göndəriləcək. Bunun üçün mobil telefonlara UEFA-nın saytından xüsusi tətbiqi yükləmək lazımdır. Eyni zamanda, digər şəxslər üçün alınan biletləri onların mobil telefonuna göndərilə bilərəcək. Bu şəxslər də öz növbələrində UEFA-nın rəsmi saytında qeydiyyatdan keçməli və şəxsi hesablarını yaratmalıdırlar.
Oyun gününə təsadüf edəcək dördüncü mərhələdə biletləri stadiona giriş zamanı aktivləşdirmək lazımdır. Bunun üçün mobil telefon IOS və ya Android sistemini dəstəkləməlidir. Biletlərin aktivləşdirilməsi ilə bağlı ətraflı məlumat www.finalbaku2019.az saytında yerləşdiriləcək.
Qeyd edək ki, final oyununa bilet üçün müraciət edənlərin sayı satışa buraxılan bilet sayını keçərsə, UEFA bilet satışını lotereya sistemi vasitəsilə həyata keçirəcək.
Xatırladaq ki, UEFA-nın həyata keçirdiyi Rəsmi Qonaqpərvərlik Proqramının satışına ötən ilin noyabr ayından başlanılıb. Biznes yerləri üçün Rəsmi Qonaqpərvərlik Paketlərini uelf.hospitality.uefa.com/packages/ linkinə daxil olaraq, əldə etmək mümkündür.
Bakıda keçiriləcək Avropa Liqasının final oyununa biletlərin qiyməti müəyyənləşib
Xəbər Lenti
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
“Baku Steel Company” QSC açıq tender elan edir
Azərbaycana idxal edilən alkoqollu içkilər üçün gömrük rüsumu dəyişib - YENİLƏNİB
Ermənistanda Meğri meri də daxil olmaqla 8 nəfər rüşvət ittihamı ilə saxlanılıb
DİN-in yeni vəzifəsi müəyyənləşib
Azərbaycanla Özbəkistan arasında qərargah danışıqları keçirilib
Gömrükdən keçirilən malların və avtomobillərin bəyan edilməsi qaydası dəyişib
Milli Məclisin sədri və Xəlilur Rəhman Azərbaycanın BMT-yə töhfələrini müzakirə edib
“Yaşıl Teatr” və Bakı Şəhər Bələdiyyə Teatrı Mədəniyyət Nazirliyinin tabeliyinə verilib
Suriyada silah anbarında partlayış olub, ən azı 14 nəfər ölüb
Könül Vəlibəyli və daha 2 nəfərin öldüyü, 25 nəfərin xəsarət aldığı yanğınla bağlı ittiham aktı elan edilib
Abbas Abbasov BMT-nin Cenevrə ofisində çıxış edib: Afrikada müstəmləkəçiliyin fəsadlarına son qoyulmalıdır
Daha bir tibb müəssisəsi kök hüceyrələrinin transplantasiyasını həyata keçirəcək
“Atəşgah” tibbi sığorta imkanlarını genişləndirib
Bakıda qətl törədən şəxsə hökm oxunub
Bakıda Mərakeş İrsi Günləri keçiriləcək
Mərhum jurnalist Nəcəf Nəcəfovun məzarındakı barelyefi oğurlayan şəxs tutulub
Dmitriy Mariyasin: BMT TRIPP üzrə konkret həllərin hazırlanmasına dəstək göstərə bilər - MÜSAHİBƏ
Valideyn-dövlət-özəl əməkdaşlığı əsasında özəl bağçalara uşaqların qeydiyyatı başlayır - VİDEO
FHN Şəkidə ölümə səbəb olan qurğuya nəzarətin onların səlahiyyətinə aid olmadığını bildirib
“Azerbaijan Open 2026” Bakıda yerli və xarici həvəskar qolfçuları bir araya gətirib
Dünya Bankı Qrupuna Azərbaycan üzrə vahid rəhbər təyin edilib
İran parlamentinin sədr müavini: Oman Sultanı Hörmüz boğazı üzrə razılaşmanı qəbul edib
Kreml Ukrayna danışıqları üçün hansı şəhəri prioritet hesab etdiyini açıqlayıb
Dünya Bankı Azərbaycanda vahid ölkə nümayəndəliyi modelinə keçir
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
İrandan Türkiyəyə aparılan bitum yükündə 45 kq "patı" aşkarlanıb - FOTO
Xalq artisti Aleksandr Şarovski dəfn edilib - YENİLƏNİB-1 - FOTO
Yasamalda ev almaq istəyənlər üçün diqqətçəkən seçimlər – Hazır mənzillər satışda
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
Birbank Taksit kartı sentyabrda daha çox qazandırır: 3% əlavə bonus
ABB-dən futbol azarkeşləri üçün qazandıran kampaniya
SOCAR Azərbaycanda geotermal enerji layihələri üçün kapital tərəfdaşı axtarır
Paşinyan Fransaya gedib
“Əmanətə Sədaqət” layihəsi çərçivəsində şəhid övladları üçün “Bilik Günü” tədbiri keçirilib - FOTO
"QHT işi" üzrə təqsirləndirilən Qalib Bayramova hökm oxunub
Prezident Aleksandr Şarovskinin vəfatı ilə bağlı nekroloq imzalayıb
Bakıda CICA üzv dövlətlərin liman qurumlarının görüşləri nəticəsində Yekun Sənəd qəbul edilib - FOTO
BMT rəsmisi: İqlim fəaliyyəti artıq biznes gündəminin mühüm hissəsinə çevrilib
UNECE rəsmisi: Orta Dəhlizin “yaşıl dəhliz” kimi inkişafı Azərbaycan üçün böyük imkandır
Muxtar Babayev: İqlim amilləri gündəlik bank və investisiya qərarlarının tərkib hissəsi olmalıdır
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə arpa və buğda göndəriləcək
Madriddə MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisinin açılışı olub
Prezident İlham Əliyev və Mehriban Əliyeva Aleksandr Şarovskinin vida mərasiminə əklil göndəriblər
Rusiyada ayıların şəhərlərə hücumları artıb, yüksək hazırlıq elan edilib
“PAŞA Sığorta” KASKO sığortalı müştərilərinə ÖZƏL üstünlüklər təqdim edir!
Nazir Ermənistanla delimitasiya prosesi ilə bağlı mövcud vəziyyəti şərh edib
Ceyhun Bayramov yaxın zamanda erməni həmkarı ilə görüşəcək
Nazir: Naxçıvanda dəmir yolu xətlərinin bərpasına başlanıb