Azərbaycanda cari əməliyyatlar hesabı balansının ÜDM-ə nisbəti azalıb

Azərbaycanda cari əməliyyatlar hesabı balansının ÜDM-ə nisbəti azalıb
# 02 aprel 2013 14:36 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın tədiyyə balansında əks olunan cari əməliyyatlar hesabı balansının ÜDM-ə nisbəti 2012-ci il üzrə 21,7% təşkil edib. «APA-Economics»in hesablamalarına görə, əvvəlki ilin eyni göstəricisinə nisbətən 5,4 faiz bəndi səviyyəsində azalma müşahidə olunub.

Cari əməliyyatlar hesabı balansının ÜDM-ə nisbətinin illik azalması cari əməliyyatlar hesabı balansının əvvəlki illə müqayisədə azalma ilə bağlıdır. Belə ki, bu göstərici illik müqayisədə 2,250 mlrd. ABŞ dolları və ya 13,1% azalıb.

Cari əməliyyatlar hesabı balansının qeyri-neft ÜDM-ə nisbəti 2012-ci il üzrə 41,1% təşkil edib ki, bu da illik müqayisədə 6,4 faiz bəndi azdır.

Qeyd edək ki, Azərbaycanın cari əməliyyatlar hesabı balansının ÜDM-ə nisbəti göstəricisi yüksək hesab olunmalıdır, hətta əksər ölkələrdə cari əməliyyatlar hesabı üzrə mənfi saldo qeydə alınıb. Müsbət saldo adətən neft və qaz ixrac edən ölkələrdə müşahidə olunur və bu ölkələr arasında Azərbaycanda həmin göstərici ən yüksəklərdən biridir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR