AMEA institutlarının son 10 ildəki fəaliyyətinin qiymətləndirilməsi aparılacaq

AMEA institutlarının son 10 ildəki fəaliyyətinin qiymətləndirilməsi aparılacaq
# 26 aprel 2013 11:57 (UTC +04:00)

Bakı. Kəmalə Quliyeva – APA. “Azərbaycan Milli Elmlər Akademiyası hazırda dünyaya uşaq gətirməyə hazırlaşan anaya bənzəyir. Akademiyada islahatlar mütləq olmalıdır. İslahatlar olmasa, Akademiya geriləyə bilər. İslahatların aparılması artıq zərurətdir”. Bunu APA-ya müsahibəsində AMEA prezidenti Akif Əlizadə deyib.

Onun sözlərinə görə, islahatlar müxtəlif səviyyələrdə və formalarda aparılacaq: “Akademiya institutlarının son 10 ildəki fəaliyyətinin qiymətləndirilməsi aparılacaq. Artıq bununla bağlı tapşırıq verilib. Qiymətləndirmə nəticəsində institutların reytinqi müəyyən olunacaq. Bunu tələsik eləmək, səhvə yol vermək olmaz. Qiymətləndirmə zamanı elmi nailiyyətlər, kadr hazırlığı, indeksli jurnallarda çap olunan məqalələrin sayı nəzərə alınacaq. İndiyədək bu istiqamətdə addımlar atılmayıb. Ona görə də həyata keçiriləcək işlər düşünülmüş olmalıdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR