«Gəncəbank»ın aktivləri ötən il 11% artıb

«Gəncəbank»ın aktivləri ötən il 11% artıb
# 26 fevral 2013 11:43 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «Gəncəbank» ASC-nin aktivlərinin həcmi 2013-cü il yanvarın 1-nə 53,274 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 10,6% çoxdur.


Bankdan «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 6,7% artaraq 38,309 mln. manata çatıb. O cümlədən, istehlak kreditlərinin həcmi 0,890 mln. manat təşkil edib ki, bu da 2012-ci ilin əvvəlinə nisbətən 28,9% azdır. Eyni zamanda, vaxtı keçmiş kreditlərin həcmi il ərzində 52,3% artaraq 5,035 mln. manata, vaxtı keçmiş kreditlərin kredit portfelində xüsusi çəkisi isə 3,9 faiz bəndi artaraq 13,1%-ə çatıb.

Bankın depozit portfeli 2012-ci ildə 21,3% artaraq 5,767 mln. manata çatıb. O cümlədən, əhalinin əmanətlərinin həcmi 380 min manata bərabər olub ki, bu da illik müqayisədə 2,9 dəfə çoxdur.


Ötən il ərzində bankın məcmu kapitalı 9,1% azalaraq 14,174 mln. manat, o cümlədən nizamnamə kapitalı dəyişməz qalaraq 15,0 mln. manat təşkil edib.


Təhlil olunan dövr ərzində bankın cəmi müştərilərinin sayı 6,3% artaraq 3 596, o cümlədən fiziki şəxslərin sayı 5,3% artaraq 3 084, hüquqi şəxslərin sayı 12,5% artaraq 512 olub. Bankın dövriyyədə olan plastik kartların sayı 2013-cü il yanvarın 1-nə 684-ə bərabər olub ki, bu da illik müqayisədə 7,0% çoxdur. Bankın kredit kartları yoxdur.

Hazırda bankın ölkə üzrə 5 filialı, 6 bankomatı, 18 POS-terminalı fəaliyyət göstərir. Bankın 69 işçisi var, bank üzrə orta aylıq əmək haqqı 270 manatdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR