Nazirlik: Bu ilin 5 ayında fermerlərə 4,5 mln. manata yaxın güzəştli kredit verilib

Nazirlik: Bu ilin 5 ayında fermerlərə 4,5 mln. manata yaxın güzəştli kredit verilib
# 25 iyun 2016 10:20 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev – APA-Economics. Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin vəsaiti hesabına müvəkkil kredit təşkilatları vasitəsilə cari ilin yanvar-may ayları ərzində ölkənin 21 rayonunda fəaliyyət göstərən 41 kənd təsərrüfatı məhsulları istehsalçısına 4 mln. 423 min manat həcmində güzəştli kredit ayrılıb.

Kənd Təsərrüfatı Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, verilmiş kreditlərin 13,9%-i quşçuluq, 6,3%-i balıqçılıq, 3,5%-i tərəvəzçilik və 67,3%-i isə heyvandarlıq sahələrinə ayrılıb.

Eyni zamanda, Dövlət Xidməti tərəfindən beynəlxalq təşkilatlarla birgə icra olunan layihələr çərçivəsində 10 sahibkara 2 mln. 341 min manat kredit verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR