Bu gün İranda 3 zəlzələ baş verib

Bu gün İranda 3 zəlzələ baş verib
# 24 aprel 2013 12:11 (UTC +04:00)

APA-nın İran mətbuatına istinadən məlumatına görə, təbii fəlakət yerli vaxtla saat 10:34-də Buşəhr vilayətinin Kaki şəhərində meydana gəlib.

Tehran Universiteti Geofizika İnstitutu Seysmoloji Xidmət Mərkəzi 4.7 bal gücünə olan zəlzələnin yerin 15 kilometr dərinliyində baş verdiyini açıqlayıb. Dağıntı və tələfat barədə heç bir məlumat yoxdur.

Bundan əvvəl bu gün yerli vaxtla saat 07:38-də İranın İsfahan vilayətinin Qolşəhr şəhərində də 4,9 bal gücündə zəlzələ baş verib. İran Qızılaypa Cəmiyyətinin rəhbəri Mahmud Müzəffər yerin 21 kilometr dərinliyində baş vermiş təbii fəlakət nəticəsində dağıntı və tələfatın baş vermədiyini, yalnız 6 nəfərin yüngül yaralandığını açıqlayıb. Zəlzələ Qolpayqan, Xansar, Fereydun və Fereydunşəhr şəhərlərində də hiss olunub.

Eyni zamanda bu gün İranın Fars vilayətinin Dərz şəhərində də 4 bal gücündə zəlzələ baş verib. Təbii fəlakət yerin 36 kilometr dərinliyində meydana gəlib.

Qeyd edək ki, bu günlərdə İranın Sistan və və Bəlucistan vilayətinin Saravan şəhərin 7,8, Şərqi Azərbaycan vilayətinin Tesuc şəhərində isə 5,2 bal gücündə iki güclü zəlzələ baş verib. Təbii fəlakət nəticəsində 1 adam ölüb, 12 nəfər yaralanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR