Edvard Nalbandyan: “Türkiyə Dağlıq Qarabağ münaqişəsinin həlli prosesindən uzaq durmalıdır”

Edvard Nalbandyan: “Türkiyə Dağlıq Qarabağ münaqişəsinin həlli prosesindən uzaq durmalıdır”
# 18 mart 2015 13:29 (UTC +04:00)

Bakı – APA. “Türkiyə hər zaman Dağlıq Qarabağ münaqişəsinin həllinə problem yaradıb”. APA-nın “news.am” saytına istinadən verdiyi məlumata görə, bunu Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan Avropa İttifaqının genişlənmə və Avropa qonşuluq siyasəti üzrə komissarı Yohannes Han ilə birlikdə keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, əgər Ankara doğrudan da kömək etmək istəyirsə, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesindən uzaq durmalıdır.

Nazir AŞPA-nın Demokratiya və siyasi məsələlər komitəsinin Dağlıq Qarabağ üzrə məruzəçisi Robert Valterin obyektivliyini şübhə etdiklərini də söyləyib.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR