Azərbaycan Bakı-Tbilisi-Ceyhan kəməri ilə neft ixracını 4% azaldıb

Azərbaycan Bakı-Tbilisi-Ceyhan kəməri ilə neft ixracını 4% azaldıb
# 21 iyul 2015 08:55 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Azərbaycan Dövlət Gömrük Komitəsi yanvar-iyun ayları üçün neft və neft məhsullarının ixracı haqqında məlumatları açıqlayıb.

APA-Economics”in Dövlət Gömrük Komitəsinin statistik məlumatlarına istinadən verdiyi məlumata görə, bu ilin 6 ayında sayğac göstəriciləri əsasında ümumilikdə 16 634 793,06 min ton xam neft ixrac edib. Bu, 2014-cü ilin yanvar-iyun ayları ilə müqayisədə 2,31% azdır.

Belə ki, ötən altı ay ərzində Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə 13 425 884,54 min ton xam neft ixrac edilib ki, bu da ötən ilin 6 ayı ilə müqayisədə 4,09% azdır.

Yanvar-iyun aylarında Supsa boru kəməri ilə bir illə müqayisədə 5,86% çox və ya 2 197 294,50 min ton, Şimal boru kəməri ilə isə 16,71% çox və ya 594 071.00 min ton xam neft ixrac edilib.

Ötən aylar ərzində dəmir yolu nəqliyyatı ilə 417 543,02 min ton xam neft göndərilib ki, bu da ötən ilin yanvar-iyun ayları ilə müqayisədə 6,17 azdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR