Bank Of Baku

Moskvada benzin satışına yeni limit tətbiq edilib

Moskvada benzin satışına yeni limit tətbiq edilib
# 20 sentyabr 2026 14:22 (UTC +04:00)

Moskvada benzin satışına yeni limit tətbiq edilib.

APA-nın Rusiya bürosu xəbər verir ki, "Qazpromneft" yanacaqdoldurma məntəqələri bu səhər yeni benzin satış limiti tətbiq edib.

Vətəndaşlara avtomobillərinə 30 litr həcmində benzin almağa limit qoyub. Əvvəllər bu limitin 60 litr olduğu bildirilib.

Qeyd edək ki, Ukrayna ötən gecə Moskvanın Kapotnya rayonunda yerləşən Neft Emalı zavoduna dron zərbəsi endirib. Nəticədə zavodda yanğın baş verib. Rusiya rəsmiləri dron hücumu zavodda hansısa tikiliyə ziyan dəydiyini açıqlasa da, yerli “Teleqram” kanalları zavodun əhəmiyyətli qurğusunun sıradan çıxdığını yazıb.

Xatırladaq ki, bu ilin iyun ayının 18-də Ukrayna həmin neft emalı zavoduna dron hücumu edib. Nəticədə Moskva regionunun yanacağa olan tələbatının 40 faizini təmin edən zavodun fəaliyyəti dayanmışdı.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR