“Formula-1”: Sıralama yarışına start verilib

“Formula-1”: Sıralama yarışına start verilib
# 18 iyun 2016 15:20 (UTC +04:00)

Bakı – APA. Bakıda təşkil edilən “Formula-1” üzrə Avropa Qran-prisi davam edir.

Apasport.az saytının məlumatına görə, yarışda sıralama yürüşünə start verilib.

Bir saat davam edəcək yürüşdə 11 komandanın 22 pilotu iştirak edir.

Bunlar Luis Hamilton, Niko Rosberq (“Mercedes”), Sebastian Vettel, Kimi Raykkonen (“Ferrari”), Felipe Massa, Valtteri Bottas (“Williams”), Daniel Rikkiardo, Daniil Kvyat (“Red Bull Racing”), Niko Hyulkenberq, Serxio Peres (“Force İndia”), Kevin Maqnussen, Jolion Palmer (“Renualt”), Maks Verstappen, Karlos Saynz (“Toro Rosso”), Markus Eriksson, Felipe Nasr (“Sauber”), Fernando Alonso, Censon Batton (“McLaren”), Paskal Verlyayn, Rio Haryanto (“Manor”), Romen Qrojan və Esteban Qutyerresdir (“Haas”).

Pilotlar öz bolidləri ilə 6 kilometrlik Bakı trekində yarışırlar. İdmançılar göstərdikləri nəticəyə uyğun sabahkı yarışdakı sıralamalarını müəyyənləşdirəcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR