“PAŞA Bank”ın depozit portfeli 2 dəfə artıb

 “PAŞA Bank”ın depozit portfeli 2 dəfə artıb
# 06 noyabr 2015 14:45 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. “Paşa Bank”ın aktivlərinin həcmi 2015-ci ilin III rübündə 1 575,548 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 51,64% çoxdur.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 64,8% artaraq 701,776 mln. manat olub.

Bankın depozit portfeli hesabat dövrü ərzində 2 dəfə artaraq 873,662 mln. manata, çatıb. Əhalinin əmanətləri 234,562 mln. manat olub ki, bu da illik müqayisədə 45,85% çoxdur.

Bir il ərzində bankın məcmu kapitalı 0,32% azalaraq 345,604 mln. manata çatdığı halda, nizamnamə kapitalı 333 mln. manat səviyyəsində qalıb.

Bankın gəlirləri ötən ilin müvafiq dövrünə nisbətən 36,67% artaraq 74,442 mln. manata, xərcləri isə 20,98% artaraq 40,336 mln. manata çatıb.

Cari ilin III rübünü bank 7,602 mln. manat zərərlə başa vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR