Yaxın 2 gün ərzində Azərbaycan ərazisində qeyri-sabit, soyuq, fasilələrlə yağıntılı hava şəraiti davam edəcək - VİDEO

Yaxın 2 gün ərzində Azərbaycan ərazisində qeyri-sabit, soyuq, fasilələrlə yağıntılı hava şəraiti davam edəcək - <span style="color: red;">VİDEO
# 25 noyabr 2014 09:39 (UTC +04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, havanın temperaturunun gecə 4-6, gündüz 6-9 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan yüksək 769 mm civə sütunundan 765 mm sütununa düşəcək, nisbi rütubət 80-90 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında noyabrın 26-da hava şəraitinin fasilələrlə yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 0-5, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacağı gözlənilir.

Yaxın 2 gün ərzində ölkə ərazisində qeyri-sabit, soyuq, fasilələrlə yağıntılı hava şəraitinin davam edəcəyi gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR