ADA Universitetində Azərbaycan-Vyetnam Dostluq Forumu keçirilir

ADA Universitetində Azərbaycan-Vyetnam Dostluq Forumu keçirilir
# 07 may 2015 08:07 (UTC +04:00)

Təhsil naziri: “İndiyədək Azərbaycanda 2000-dən çox vyetnamlı tələbə təhsil alıb”

Bakı. Etibar Məmmədov - APA. Bu gün ADA Universitetində Azərbaycan-Vyetnam Dostluq Forumu keçirilir.

APA-nın məlumatına görə, forumda çıxış edən təhsil naziri Mikayıl Cabbarov bildirib ki, Azərbaycanla Vyetnam arasında tarixi bağlar mövcuddur. Onun sözlərinə görə, ölkələr arasında dostluq münasibətinin formalaşmasında hər iki ölkənin rəhbərliyi ilə yanaşı, Azərbaycanda təhsil alan tələbələrin də rolu böyük olub: “Hesab edirəm ki, tələbələr layiqincə bu vəzifənin öhdəsindən gəliblər. İndiyədək Azərbaycanda 2000-dən çox vyetnamlı tələbə təhsil alıb. Azərbaycanda təhsil alan vyetnamlı tələbələrin indi öz ölkələrində vəzifələrdə çalışması bizə qürur verir. Bu, həm də Azərbaycan təhsil sisteminin nə qədər yüksək səviyyədə olduğunun göstəricisidir. Eyni zamanda qeyd etməliyəm ki, hər iki ölkənin rəhbərliyinin əlaqələri Azərbaycan və Vyetnamın təhsil sisteminin inkişafına töhfə verməkdir”.

Vyetnam Parlamentinin Xarici Əlaqələr Komitəsinin sədr müavini Ngo Due Manh isə çıxışında forumun tarixi bir hadisə olduğunu vurğulayıb. O, qeyd edib ki, Azərbaycan və Vyetnam arasında əməkdaşlıq potensialları çox genişdir: “Təsadüfi deyil ki, bu tədbir Azərbaycan prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilir. Qeyd etmək istəyirəm ki, mən özüm də Azərbaycanda təhsil almışam və 70-80-ci illərdə Bakıda təhsil alan vyetnamlı tələbələr indi Vyentamın ictimai-siyasi həyatında fəal iştirak edirlər. Biz Vyetnam xalqı olaraq, ən ağrı dövrlərimizdə Azərbaycanın dəstəyini unutmuruq. Bu dəstəyin yaranmasında hər iki ölkənin liderinin rolu böyük olub. Mən həm də hesab edirəm ki, bizim dövlətlərimiz arasında əməkdaşlıq potensialları genişdir və bu potensialdan tam istifadə etmək lazımdır. Biz Azərbaycanla iqtisadi, sosial, təhsil və digər sahələrdə yaxın əməkdaşlıqda maraqlıyıq və hesab edirəm ki, bu forum əməkdaşlığa öz töhfəsini verəcək”.

Forumda digər çıxışlar da dinlənilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR