Xaçmazda tacikistanlı kinorejissor Nosir Saidovun “Müəllim” filmi nümayiş etdirilib

Xaçmazda tacikistanlı kinorejissor Nosir Saidovun “Müəllim” filmi nümayiş etdirilib
# 12 mart 2015 12:00 (UTC +04:00)

Xaçmaz. Vəli Turan - APA. Bu gün Xaçmazda Heydər Əliyev adına Mədəniyyət Mərkəzində tacikistanlı kinorejissor Nosir Saidovun "Müəllim" bədii filmi təqdim edilib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, film Azərbaycanda keçirilən Tacikistan kinosu günləri çərçivəsində təqdim olunub.

Filmin nümayişindən əvvəl əməkdar incəsənət xadimi, kinorejissor Ayaz Salayev, "Tacikfilm" kinostudiyasının direktoru Nosir Saidov, Tacikistanın xalq artisti Sayram İsayeva və başqaları çıxış edib. Qonaqlar iki ölkə arasında bütün sahələrdə, o cümlədən mədəniyyət sahəsində olan əməkdaşlıq əlaqələri haqda danışıb. Onlar qeyd edib ki, bu cür tədbirlər mədəni əməkdaşlıq ənənələrinin möhkəmləndirilməsində, kino sahəsində əlaqələrin genişləndirilməsində mühüm rol oynayır.

Martın 14-dək davam edəcək Tacikistan kinosu günləri çərçivəsində Bakıda Nizami Kino Mərkəzində "Mən bir qıza rast gəldim", "Ağ sərçə", "Rüstəm və Söhrab", "Müharibə dəhşətləri" və digər filmlər də daxil olmaqla ümumilikdə 5 bədii və 5 sənədli ekran əsəri nümayiş olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR