“Bakcell” Azərbaycanda ilk dəfə olaraq böyük endirim kampaniyasına start verib

“Bakcell” Azərbaycanda ilk dəfə olaraq böyük endirim kampaniyasına start verib
# 31 oktyabr 2014 16:02 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Azərbaycanın operatoru və mobil internet provayderi “Bakcell” şirkəti Birləşmiş Ərəb Əmirliklərinə səfər edən abunəçiləri üçün Azərbaycanda ilk dəfə olaraq böyük endirim kampaniyasına start verib.

Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, noyabr ayının 1-dən etibarən bu ölkədə səfərdə olan “Bakcell” abunəçiləri rouminqdə səs və internet xidmətlərindən çox sərfəli qiymətə faydalana biləcəklər.

Bu kampaniyaya qoşulan abunəçilər bazarda olan ən yaxşı təklifdən istifadə edərək bir meqabayt İnternet üçün cəmi 0,25 manat ödəməklə istənilən vaxt “onlayn” olacaqlar.

Kampaniya çərçivəsində internetlə yanaşı, zənglərə böyük endirim tətbiq olunub. Belə ki, “CIN” və “Klass” abunəçiləri üçün daxil olan zənglərin dəqiqəsi cəmi 0,25 manat, çıxan zənglərin dəqiqəsi 0,75 manat təşkil edəcək. Gündəlik xidmət haqqı isə 0,35 manatdır.

Kampaniyaya qoşulmaq üçün *130#YES kodunu yığmaq kifayətdir.

“Biz abunəçilərimizin “Bakcell” xidmətlərindən istədikləri yerdə və istədikləri qədər istifadə edə bilmələri üçün rouminq xidmətlərimizi daim təkmilləşdirir, tariflərimizə yenidən baxır, tərəfdaş ölkələrin və operatorların sayını artırırıq. BƏƏ abunəçilərimizin daha çox səfər etdiyi ölkələrdən biridir. Onların burada sərfəli tariflərdən istifadə edə bilməsi üçün biz Azərbaycanda ilk dəfə olaraq İnternetin qiymətini inanılmaz dərəcədə endirdik, eyni zamanda səs xidmətlərinə də ciddi dəyişiklik etdik. İnanırıq ki, bu təklif abunəçilərimizin ürəyincə olub”, - deyə “Bakcell” şirkətinin baş icraçı direktoru Riçard Şirer bildirib.

Hazırda “Bakcell” şirkətinin 166-dan çox ölkənin 370-dən çox mobil operatoru ilə rouminq müqaviləsi mövcuddur və onların sayı artmaqdadır.

Qeyd edək ki, “Bakcell” abunəçiləri Azərbaycandan kənarda olarkən də öz nömrələrinin balansını artırmaq imkanına malikdirlər. Hazırda Rusiya, Qazaxıstan və BƏƏ-də beynəlxalq balansartırma xidmətindən istifadə etmək mümkündür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR