“Ergotransit Global LP” şirkəti Azərbaycanda nümayəndəlik açıb.
“APA-Economics” “Vergilər “ qəzetinin xüsusi buraxılışına istinadən xəbər verir ki, şirkət Bakı şəhəri, Xətai rayonu, Nobel pr. Ev151, m. 27 ünvanında yerləşir.
Şirkətin qanuni təmsilçisi Əflatun Əliyevdir.
“Ergotransit Global LP” şirkəti bu il fevralın 21-də dövlət qeydiyyatına alınıb.
Qeyd edək ki, “Ergotransit Global LP” 2016-cı il mayın 20-də Böyük Britaniyanın Edinburq bölgəsində dövlət qeydiyyatına alınıb. Şirkətin qanuni təmsilçisi əslən azərbaycanlı olan İsa Məmmədovdur.